Los Ancelesdə azərbaycanlılara hücum edən ermənilərdən biri saxlanıldı - Konsulluq açıqlama yaydı
24-07-2020 [12:07]
Los Anceles polisi ötən gün məlumat yayaraq, iki gün öncə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə erməni təbliğatı bütün sosial media paltformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışıblar:
"Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.
Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı.
Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəmnində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.
Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los Anceles Polis İdarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat vermiş və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirmişdi. O, öncədən Los Ancels Polisinə icmamızın keçirəcəyi bu əks-nümayiş barədə xəbərdar olduğunu və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verdiyini demişdi. M.Moore isə baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd etmişdi.
Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi