Lavrov Azərbaycan və Ermənistanın icma nümayəndələri ilə görüşdü: "Milli zəmində qarşıdurma hallarının..."

img

23-07-2020 [20:07]


Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Lavrov "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.

Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.

Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA