Eldar Namazov Gürcüstanda yaratdığı şirkətdən danışdı: "Lalə Əlibəyli uzun illər mənim köməkçim olub..." + Sənədlər
23-07-2020 [18:47]
"Məlum olur ki, Eldar Namazov aktiv siyasi fəaliyyətə ara verdiyi illərdə sahibkarlıq fəaliyyətinə başlayıb. Belə ki, 2016-cı ilin avqustunda cənab Namazov Batumidə AMİNA INCORPORATED LTD-ni qeydiyyatdan keçirib".
Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşır Həsənli sosial şəbəkədəki hesabında yazıb.
O, yazısına sənədləri də əlavə edəərk, bildirib ki, həmin dövrdə mətbuat onun ölkəni uzun müddətə tərk etdiyi barədə məlumatlar yaymışdı:
""Sənədlərdə qeyd olunur ki, şirkətin hüququ ünvanı Batumi, Apsaros III zolaq, ev 1, mənzil 5-dədir.
Şirkətin 50 faiz pay hüququ politoloqa, 50 faizi pay hüququ isə Lalə Əlibəyliyə aiddir.
Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində yer alan məlumatlara görə, şirkət qida sektorunda (heyvan yemlərinin istehsalı, emalı, topdan və pərakəndə satışı) fəaliyyət göstərir.
Eldar Namazov “Azərbaycan Naminə” İctimai Forumunun prezidentidir.
O, 1993 - 1999 - Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) vəzifəsində çalışıb".
Eldar Namazov Axar.az-a jurnalistin açıqlaması ilə bağlı danışıb.
O qeyd edib ki, Cavanşir Həsənlinin yaydığı informasiyada bir yanlışlıq var:
- Belə ki, 2016-cı ildə başlayan sahibkarlıq fəaliyyətim elə başladığı kimi də bitib. Mən 13 illik iş fəaliyyətimin ardından səhhətimlə bağlı bir müddət xaricdə müalicə almağa başladım. Onu da deyim ki, bu müalicə kifayət qədər uzun çəkdi. Müalicə üçün xaricə yollanmadan öncə bəzi mətbuat nümayəndələri ilə fikir mübadiləsi apardım ki, xaricə getmədən məsələni mediaya yansıdımmı? Nəticədə qərarlaşdırdıq ki, müalicənin sonunda məsələ ilə bağlı mətbuata məlumat vermək daha doğru olar.
Müalicəmin bir neçə ili Gürcüstanda keçdi, bir neçə dəfə isə Avropaya getməli oldum. Müalicə ilə əlaqədər 3 ilə yaxın Gürcüstanda qaldım. Həmin dövrdə belə bir fikrə gəldim ki, müalicə aldığım ölkədə sahibkarlıq fəaliyyətinə başlaya bilərəm. Başladım və qeydiyyatdan keçdikdən sonra bu fikrimdən daşındım. Yəni bu şirkətin heç bir fəaliyyəti olmayıb. Müalicəm bitdikdən sonra Bakıya qayıtdım.
– Sənədlərdə qeyd olunur ki, şirkətin 50 faiz pay hüququ sizə, 50 faiz pay hüququ isə Lalə Əlibəyliyə aiddir. Bilmək olarmı, adı çəkilən Lalə Əlibəyli kimdir?
– Lalə Əlibəyli uzun illər mənim köməkçim olub. Mən Gürcüstanda müalicə alarkən onun da işlərimdə müəyyən payı olub. Yəni uzun illər birlikdə işləmişik. Əslən gürcüstanlı olduğu üçün müalicə prosesində onun qohumları mənə müəyyən məsələlərdə yardımçı olublar. Özünüz də bilirsiniz, yad bir ölkədə tək müalicə almaq çox çətindir.
– Aktiv siyasi fəaliyyətə illərdir ara vermisiniz. Yenidən başlamağı düşünürsünüz?
– Bakıya qayıtdıqdan sonra həkimlərin məsləhəti ilə addım-addım əvvəlki fəaliyyətimə yenidən başladım. İlk növbədə politoloji işlə bağlı fəaliyyətimi, daha sonra isə Beynəlxalq Tədqiqatlar Mərkəzinin işini bərpa etdim. Bu gün artıq əvvəlki kimi öz fəaliyyətimə ara vermədən davam edirəm.
.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi