Ceyhun Bayramov Təhsil Nazirliyindəki daha bir kadrına XİN-də vəzifə verdi - FOTO

img

23-07-2020 [13:46]


Xarici İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub.

Bu barədə Xarici İşlər naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Şahin İsgəndərov XİN-in İşlər İdarəsinin rəisi təyin olunub/Oxu.az.

Qeyd edək ki, Ş.İsgəndərov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

1999-2005-ci illərdə Təhsil Nazirliyində mühasib, aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyinin aparatında təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini, 2013-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb.

2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2018-ci ildə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub. 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Ceyhun Bayramov Təhsil Nazirliyində müşaviri olan Elnur Məmmədova da XİN-də vəzifə verib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA