Yeni nazir iki general-mayoru işdən çıxardı, ordu da dəyişiklik başladı

img

24-10-2013 [19:44]


Müdafiə naziri postuna yenicə təyin olunmuş general-polkovnik Zakir Həsənov Müdafiə Naziriliyi sistemndə ilk ciddi kadr dəyişikliyinə başlayıb. Nazirin ilk addımı Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayevi vəzifəsindən kənarlaşdırmaq olub.

Bu məlumatı öz facebook səhifəsində tanınmış hərbi ekspert Üzeyir Cəfərov bir neçə dəqiqə öncə paylaşıb.

Ü.Cəfərov həmin statusunda belə yazıb: "Dəyərli dostlar, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilk kadr dəyişikliklərinə başladı. Təbrik edirəm. Nazirin ilk addımlarından biri ordunun adını rüşvət və korrupsiyaya bulaşdıran Silahlı Qüvvələrin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayevi vəzifəsindən kənarlaşdırmaq oldu. Onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik FəxrəddinCəbrayılov təyin edilib. Digər təyinatlar da var. Bu haqda bir az sonra.

Zakir Həsənovun guya talış olması ilə bağlı fikir səsləndirənlər diqqətli olsunlar. Onun şok addımlarından biri haqqında indi demək istəyirəm. Milliyyətcə talış olan general-mayor Altay Mehtiyev də artıq nazir müavini və HHQ və HHM qoşunlarının komandanı deyil... Ardı var...”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA