Ziya Məmmədov kollegiya keçirdi, nazir işçilərinə təpindi

img

24-10-2013 [19:22]


Oktyabrın 23-də nazirlikdə Azərbaycanın nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Kollegiyaya sədrlik edən nəqliyyat naziri Ziya Məmmədov cari ilin 9 ayı ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb.

Z.Məmmədov çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb, 2013-cü ilin 9 ayının yekunları ilə bağlı geniş və ətraflı məlumat verib.

Kollegiya iсlasının gedişində "Azərbayсan Dövlət Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun, "Azəryolservis” ASС-nin sədri Cavid Qurbanovun və "Avtonəqliyyatservis” Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib.

Kollegiya iclasının sonunda bəzi qurumların fəaliyyəti istisna edilməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2013-ci ilin 9 ayının yekunları qənaətbəxş hesab edilib. Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində, eləcə də sərnişindaşımada bəzi problemlərin həll edilmədiyi vurğulanıb və nazir şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA