Azərbaycanda daha 391 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib - 504 nəfər isə sağalıb

img

22-07-2020 [16:45]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib:

"Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə 649 953 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA