"Sabitləşmə hamının marağındadır" - Rəsmi Moskvadan Qarabağla bağlı daha bir mesaj

img

22-07-2020 [15:12]


“Həm Rusiya, həm də regionda sabitliyin gücləndirilməsində maraqlı olanlar müvafiq açıqlamalar verərək tərəfləri barışığa, atəşkəsə sövq etməlidir. Yəni buradakı sabitləşmə hamının marağındadır”.

Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmanla söhbəti zamanı bildirib.

“Bizim mövqeyimizə görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində indiyədək ərsəyə gətirilmiş Madrid prinsipləri və beynəlxalq birlik tərəfindən ortaya qoyulan başqa prinsiplər danışıqlar masasında qalmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq üçün indiyədək göstərilən böyük səylərlə əldə edilən nailiyyətlərin hazırkı böhran üzündən hədər getməməsinə yol vermək olmaz”, – Rusiya rəsmisi deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA