"Gənclərin, orta nəslin, uşaqların tərbiyəsini pozmamışam" - Elzadan boşanmalarla bağlı maraqlı açıqlamalar
22-07-2020 [13:23]
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 15 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb. Belə ki, Azərbaycanda hər 3 evlənəndən biri boşanıb.
Əməkdar artist Elza Seyidcahan boşanmaların artmasına səbəb kimi karantin rejimini göstərib:
“Bu, yəqin ki, bekarlıqdandır, bəzi insanlar karantin müddətində evdə oturublar və lazımsız söz-söhbət yaradırlar. Pandemiyaya görə evdə otururuq, koronavirusla mübarizə aparırıq, amma bu o demək deyil ki, öz yaxınlarımızla da mübahisə etməliyik. Xəstəliklə mübarizə etməliyik, yaxınlarımızı qorumalıyıq. Əvvəllər bəziləri evdə tapılmırdı, kişilər çayxanalarda, xanımlar isə gözəllik salonlarında özlərini tapırdılar, bir-birlərini az-az görürdülər.
Əslində isə insan özünü evdə daha çox tapmalıdır, öz ailəsinə müsbət aurasını ötürməlidir. Evdə qaldıqca da insanlar öz mənfi enerjilərini yaxınlarına ötürürlər, mübahisələr çoxalır, sonda isə bu boşanma ilə nəticələnir. Son aylar boşanmalar çoxalsa da, mən inanıram ki, Azərbaycanda mehriban ailələr də az deyil. Çünki insanlar vaxt tapıb bir-biri ilə zaman keçirəndə, hətta nifrət də sevgiyə çevrilə bilir. Boşanmalar olsa da, nə etmək olar ki? Təki sağlam boşanmalar olsun.
Mən qətiyyən sağlam boşanmaların əleyhinə deyiləm. Kiminsə yanında qalıb çərləyib, çürüyüb, uşaqların tərbiyəsini pozub, onları narkamaniyaya, intihara sürükləyib məhv edənə qədər zamanında boşansınlar. Amma boşansalar da gərək dost olsunlar, uşaqlarına uzaqdan da olsa atalıq-analıq etsinlər. Uşaqlar ya sağlam atada, ya da sağlam anada qalsın və böyüsün. Yetər ki, uşaqların həyatını zəhərləməsinlər. Necə ki, mən boşansam da, əziyyət çəksəm də, heç vaxt uşaqlarımı ata məhəbbətindən məhrum etməmişəm. Onları indiyə kimi sağlam böyütmüşəm”.
Xanım sənətçi boşanmaların sayının artmasında cəmiyyətin müğənniləri ittiham etməsi ilə razılaşmadığını bildirib:
“Müğənnilər bu mövzuda bəzən ittiham olunur. Çünki onlar üzdədirlər, səhnədə görünürlər. Amma müğənnilər yox, bəzi şou adamları, sosial şəbəkə fenomenləri uşaqların tərbiyəsini pozurlar. Onlar sosial şəbəkələrdə özlərini bir obraz kimi təqdim edirlər, sonra insanlar uşaqlarının istəyi ilə onları öz tədbirlərinə, məclislərinə dəvət edir. Bundan sonra gənclər düşünürlər ki, onlara oxşasalar ulduzları parlayar. Əslində isə hər şey qıraqdan göründüyü kimi deyil. Düzgün olanlar bizim müqəddəs kitabımızda yazılıb, oradan baxıb, oxuyub, öyrənib tərbiyələnmək lazımdır. Cəmiyyəti pozan müğənnilər deyil. Hər bir sahədə cəmiyyəti pozan insanlar ola bilər, sadəcə müğənnilər üzdə olduğu üçün onları ittiham edirlər. Mən şəxsən bir müğənni, incəsənət adamı kimi deyə bilərəm ki, mən heç vaxt layihələrimdə, musiqilərimdə, davranışımda cəmiyyətin, gənclərin, orta nəslin, uşaqların tərbiyəsini pozmamışam. Yeri gələndə uşaqlar üçün də, yaşlılar üçün də əsərlər yazmışam. Bu barədə mənim vicdanım təmizdir”.
Yenisabah.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi