Serbiyanın sabiq Prezidenti: “Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə pozulub"
22-07-2020 [12:06]
“Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərdə tutaraq, mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini, habelə adları qara siyahıya salınmış silah dəllallarına məxsus olan özəl şirkətlərin Serbiyada yenidən fəaliyyətə başlaması faktını aşkar şəkildə bəyan etmişəm”.
Bu fikirlər Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Boris Tadiçin məktubunda əksini tapıb.
Sabiq Prezident bildirib ki, o hakimiyyətdə olduğu dövrdə həmin şəxslər silah ticarəti ilə məşğul olmağa icazə ala bilməyiblər:
“Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bu məsələyə görə bizim Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İlk növbədə ona görə ki, hakimiyyətdə olduğum dövrdə mən öz dostum, Prezident İlham Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın təşəbbüskarı olmuşam. Həmin dövrdə beynəlxalq təhlükəsizlik və iqtisadiyyat sahəsində çox mürəkkəb şərait mövcud idi, habelə Azərbaycana və Serbiyaya zərbə vurmağa sövq edən əhəmiyyətli amillər var idi.
Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü kimi mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram.
İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır”, - deyə məktubda qeyd olunub/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi