İsa Qəmbərin müşavirinin həbs müddəti bitdi, amma...

img

24-10-2013 [14:22]


Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti başa çatsa da, qanunsuz olaraq həbsdə saxlanılır. Bu barədə musavat.com-a Y.Sadıqovun hüquqlarını müdafiə komitəsinin rəhbəri Elman Fəttah məlumat verib:

"Yadigar Sadıqovun həbs müddəti bir neçə gün əvvəl başa çatıb, ancaq qanunsuz olaraq onu həbsdə saxlamağa davam edirlər. Bununla bağlı vəkillər məhkəməyə şikayət veriblər”.

Vəkil Xaliq Bağırov isə qeyd edib ki, Y.Sadıqovun həbs müddəti oktyabrın 22-də başa çatıb və onlar oktyabrın 24-də Sabunçu Rayon Məhkəməsinə şikayət veriblər: "O, hazırda qanunsuz olaraq həbsdə saxlanılır. Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovdan şikayət vermişik. Çünki həbs müddəti başa çatdıqdan sonra onun həbsdə saxlamaq səlahiyyəti yoxdur, bir şəxsin barəsində qərar olmadan onu həbsdə saxlamaq qadağandır. Ancaq təcridxana rəisi qanunsuzluq edir”.

Qeyd edək ki, Y.Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında saxlayıblar. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. R.Kərimov iyunun 25-də Y.Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Y.Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır. İyunun 29-da Lənkəran rayon Məhkəməsi Y.Sadıqov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Bundan sonra isə vəkillərsiz keçirilən prosesdə Y.Sadıqovun həbs müddəti oktyabrIn 22-dək artırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA