Rəsmi Bakıdan daha bir bəyanat: "Ermənistanın daha məqsədi də neft-qaz kəmərlərinə təhlükə yaratmaq idi"

img

21-07-2020 [12:05]


“Ermənistanın təxribatlarının bir məqsədi də neft-qaz kəmərlərinə təhlükə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin təhlükəsiz olmaması barədə təəssürat yaratmaq idi”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan bu məqsədlərinə nail ola bilməyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, bu gün Avropa Parlamentinin Mühafizəkar və İslahatçılar Partiyası tərəfindən verilən bəyanatda bildirilir ki, bu hadisə enerji dəhlizinə xələl gətirmək məqsədi də güdüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA