Prezidentin köməkçisi: “Ermənistanda kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”

img

21-07-2020 [11:45]


“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanda mülki obyektlərin, o cümlədən kritik obyektlərin hədəfə alınması gündəmdə olmayıb”.

Bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Metsamor AES-lə bağlı Ermənistanda səslənən fikirlərə münasibət bildirərkən deyib.

O, Ermənistanın əvvəlki prezidentinin “İsgəndər” raketləri ilə Bakı və onun ətrafında yerləşən neft-qaz strukturlarını hədəf alacaqlarını bəyan etdiyini xatırladıb.

“Son hadisələr zamanı Ermənistan tərəfindən kritik əhəmiyyət daşıyan neft-qaz strukturlarının, kritik obyektlərin hədəfə alınacağı bəyan edilib. Ermənistan tərəfi fərdi əsasda söylənən fikirlərdən öz cinayətlərini ört-basdır etmək üçün istifadə edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA