Komitə sədri Ramiz Həsənova qarşı sərt ittiham: "Əlimdə məxfi sənədlər var..."

img

24-10-2013 [12:41]


Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov onun haqqında sosial şəbəkələrdə yazılan bəzi təhqiramiz yazılara cavab verib. 

MİA-ya açıqlama verən Daşqın Gülməmmədov bildirib ki, bu yazıları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ona-buna pul verdirərək, təşkil etdirir:

"Ramiz Həsənovun atası Ayvaz Həsənovla bağlı mövqeyim bəllidir. Ramiz Həsənova məsləhətim odur ki, mənim dediyim fikirlərə özü cavab versin, hansısa itləri hürdürməsin. Çox təəsüf edirəm ki, Ramiz Həsənov hansısa alkaşlara, fahişələrə və erməni uşaqlarına kurs keçən əclaflara pul verdirərək, sosial şəbəkələrdə mənim haqqımda təhqir yazdırır. Bəzi adamlar isə çox istəyirlər ki, onların adını çəkim və məşhurlaşsınlar. Belə adamlar bu fəaliyyətləri ilə çaqqal olduqlarını sübut edirlər. Yazıqlar olsun sizə, ay bədbəxtlər!!!

Qaldı ki əgər Ramiz Həsənov cəsarətlidirsə, özü cavab versin, onu-bunu mənə qarşı hürdürməsin. Mən yenə təkrar edirəm, onun atası Ayvaz Həsənov 1967-ci il Qaçağan kəndində baş vermiş anti-sovet qiyamının baş verməsinin birbaşa səbəbkarıdır və onun zorakılıqla yatırılmasında canfəşanlıq edib. Kimlərsə, hansısa alkaş və ya fahişə bunu inkar edirsə etsin, amma Gürcüstan SSR-in o zamankı İctimai Asayişi Mühafizə naziri (İAMN) Eduard Şevardnadze sağdır. Eyni zamanda, mənim əlimdə Gürcüstan SSR Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Komitəsinin üzərindən "məxfi” qrifi qaldırılmış xüsusi istintaq materialları var. Bu materiallar 1991-ci ilə qədər SSRİ DTK İkinci Baş İdarəsinin (Əkskəşfiyyat) nəzarətində olub və üzərindən "Məxfi” qrifi 1993-cü ildə Gürcüstan Respublikası Dövlət Təhlikəsizlik Nazirliyinin daxili qərarı ilə götürülüb. Orada Gürcüstan SSR Ali Sovetinin deputatı olmuş, SSRİ vətandaşı, 2 may 1929-cu il təvəllüdlü Ayvaz Dursun-oğlu Həsənov haqqında ayrıca məxfi dosyedən çıxarış var. Bu Ayvaz Həsənovun Gürcüstan SSR Dövlət Təhlükəsizlik Komitəsi ilə mühasibətlərinə aid məxfi materialdır. O barədə də yaxın zamanlarda xüsusi açıqlama verəcəm. Gürcüstan SSR DTK-nın o zamankı sədri general-polkovnik Aleksi İnaurinin imzası olan bu çıxarış çoxlarına həqiqəti deyəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA