"Bu iki ölkə arasında genişmiqyaslı qarşıdurma fəlakət olar” - BMT rəhbərindən Ermənistanla Azərbaycana çağırış

img

21-07-2020 [09:15]


“Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb, dövlətlər arasında genişmiqyaslı qarşıdurma fəlakət olar”.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

“Baş katib Azərbaycan və Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, tərəflər arasında maksimum təmkin tələb edir. Bu iki ölkə arasında (Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xətti – Red) genişmiqyaslı qarşıdurma fəlakət olar” , - Dyujarrik vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA