Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib - VİDEO

img

20-07-2020 [20:43]


Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.

Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edir.

Qeyd edilib ki, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib: “Çünki bu aksiyaya icazə verilməmişdi, sadəcə 20-25 dəqiqəlik vaxt verilmişdi. Daha sonra təxminən 16-17 km-lik məsafədə bayraqlarla Ermənistan səfirliyi qarşısına yürüş olub. Aksiyada “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilir. Ermənistan səfirliyinin nümayəndələri polisdən aksiyanı dayandırmağını istəsə də, polis heç bir müdaxilə etmədi. Hazırda səfirliyin qarşısında dinc aksiya davam edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA