Prezidentin köməkçisi: "Avqustun 5-dən karantin rejimində yumşalmalar planlaşdırılır"

img

20-07-2020 [18:47]


"Avqustun 5-dən karantin rejimində müəyyən yumşalmalara getməyi planlaşdırırıq, amma yoluxma sayı yenidən artsa, rejimi sərtləşdirməkdən başqa əlac olmayacaq".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Hökumət karantin istəmir. Hökumətin marağı ondadır ki, iş yerləri açılsın, insanlar işləsin, iqtisadiyyat inkişaf etsin, vergilər ödənilsin. Bunun üçün də sadəcə tibbi maska taxmaq, əlləri vaxtaşırı yumaq, sosial məsafəni gözləmək lazımdır", - deyə o, qeyd edib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA