Rayonlara gediş-gəliş nə vaxt açılacaq? - Prezidentin köməkçisindən açıqlama

img

20-07-2020 [18:01]


"Bakıdan rayonlara çıxışın qadağan olunduğu vaxtlarda bir qrup insan qanunsuz yolla paytaxtı tərk etməyə nail oldu və onlar getdikləri yerlərdə yoluxma sayının artmasına səbəb oldu".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu, artıq sübut olunmuş faktdır ki, Bakı açılan kimi rayonlarda yoluxma artır:

"Odur ki, bir qədər səbr edək, yoluxmaların sayını idarə olunan həddə endirək, ən ideal halda bilək ki, yoluxan insan hardadır və kimdən yoluxub. Biz buna nail olsaq, epidemiya nəzarət və idarə olunan formaya düşəcək. Bu istiqamətdə də iş gedir. Tədricən bütün Azərbaycan əvvəlcə "sarı zona"ya, sonra isə "qırmızı zona"ya keçəcək. Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik və bunu etsək əldə etdiyimiz nailiyyəti itirə bilərik. Bəzən deyirlər ki, rayona gedib evdə oturacağıq, axı bu mümkün deyil. Harasa getmək, nə isə almaq lazım olur, istənilən halda ünsiyyətdə olursunuz, bu da ruskləri artırır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA