ARDNŞ 67 gün yanan quyunu söndürdü

img

24-10-2013 [10:20]




Bakıdan 80 km cənubda, Bulla dəniz qaz-kondensat yatağında kəşfiyyat qazması zamanı avqustun 17-si saat 23.30-da qəza nəticəsində yanğına məruz qalmış 90 N-li quyuda bu gün nəhayət yanğını söndürmək mümükün olub.

ANS PRESS-in xəbərinə görə,  67 gün davam edən yanğını dünən 19 radələrində söndürülüb.

Əvvəlcə yanan quyuya təzyiq altında qum və su şırnağı vurulub. Yanğın söndürüləndən sonra isə burada növbə çəkən gəmidən 40 tonluq quyuüstü avadanlıq quyubaşlığına tam dəqiqliklə otuzdurulub. Bu avadanlıq üçbucaq şəklində hazırlanıb. Yenidən quyuda yanğın təhlükəsinin qarşısını almaq üçün, həmçinin quyudakı anormal təzyiqi nəzaarətdə saxlamaq üçün quyu tam bağlanmayıb. Oradan nəzarət altında müəyyən qaz çıxışısaxlanılıb və o məşəldə yandırılır.

Ən əsası isə SOCAR təqribən 2 aydan artıq davam edən əməliyyat nəticəsində 5868 metr qazma dərinliyi olan kəşfiyyat quyusunu xilas edə bildi. Bundan sonra qarşıda duran vəzifə kəşfiyyat nəticəsində Bulla-dənizdə dərin qatlarda açılmış məhsuldar qatların öyrənilməsi və daha sonra onların mənimsənilməsinə başlamaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA