Rusiya Azərbaycanla sərhədi bağladı

img

24-10-2013 [10:19]



Rusiya ilə sərhəddə 300-dən çox iritonnajlı yük maşını Azərbaycana keçmək üçün 3 gündür icazə gözləyir. 

"Azadliq.info” Rusiya KİV-ə istinadla xəbər verir ki, Dağıstanla Azərbaycan arasındakı "Yaraq-Qazməmməd” gömrük məntəqəsinin qarşısında TIR-lardan ibarət bir neçə kilometrlik tıxac yaranıb.

Yük maşınlarının sərhəddə ilişib qalmasına səbəb Rusiya gömrük xidmətinin müvafiq sənədləşdirmə işlərini yerinə yetirməkdən imtina etməsidir. Rusiya gömrükçülərinin sənədləşmə işlərini niyə yerinə yetirmədikləri haqda isə məlumat verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA