Azərbaycandakı etnik icma rəhbərləri birgə bəyanat yaydı - Erməni təxribatı ilə bağlı + SİYAHI
20-07-2020 [12:31]
Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatı İmamverdi Həmidov (Talış Mədəniyyət Mərkəzi), Mixail Zabelin (Azərbaycanda Rus İcması), Məhəmməd Nooyev (Azərbaycan-Avar İcması İctimai Birliyi), Milix Yevdayev (Bakı Dağ Yəhudiləri Dini İcması), Elman Əhmədov (“Azəri” Tat Mədəniyyət Mərkəzi ictimai birliyi), Robert Mobili (Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması), Əhməde Həpo (Azərbaycan Kürd icmasının ağsaqqalı), İmran Rzayev (“Samur” Ləzgi Milli Mərkəzi), Aleksandr Şarovski (Avropa Yəhudilərinin Bakı Dini İcması), Rafiq Abdullayev (“Buduq” Xeyriyyə Cəmiyyəti), Gülcan Miəsautova (“Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyəti), İsmayıl Rəhimov (Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi), Sevinc Bulacova (İngiloy İcması), Rafael Qvaladze (Azərbaycanda yaşayan Gürcü İcması), Yuri Osadçenko (Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi) imzalayıb.
Bəyanatda deyilir:
"Biz, təmsil etdiyimiz Azərbaycan xalqları adından Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyir, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəldilmiş çirkin fəaliyyət kimi dəyərləndiririk. Onu da bildiririk ki, Ermənistanının siyasi rəhbərliyi növbəti dəfə məsuliyyətsiz və mənfur əməlləri ilə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi şəkildə mane olmuş, digər tərəfdən növbəti məğlubiyyəti ilə öz xalqını xaosa, səfələtə sürükləmiş, daxili siyasi böhranı daha da dərinləşdirmişdir. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakin həlak olmuşdur.
Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitlərimiz vardır. Eləcə də bu gün müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına səs verərək könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişlər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Lakin biz şəhidləri etnik mənsubiyyətinə, dilinə, dininə görə ayırmırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər biri bizim üçün əzizdir, igid övladlarımız, qardaşlarımızdır və onların ruhu qarşısında ehtiramla baş əyirik.
Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir, işğalçı düşmənə nifrət hissini artırır, xalqlarımız arasında birlik, qardaşlıq tellərini daha da sarsılmaz edir.
Biz onu da yaxşı bilirik ki, tarixi Azərbaycan əraziləri olan indiki Ermənistan Respublikasında müxtəlif xalqların nümayəndələri yaşamışlar. Lakin Ermənistanda dövlət siyasəti səviyyəsində yürüdülən faşizm, etnik təmizləmə, millətçilik və etnofobiya nəticəsində bu ölkə rəsmi olaraq monoetnik dövlətə çevrilmiş, digər xalqların nümayəndələri açıq təhdid və təzyiq yolu ilə doğma yurdlarından didərgin salınmışlar. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı» kimi təqdim etməsi heç bir mənəvi-əxlaqi normalara sığmır, bu fəaliyyətin arxasında çirkin məqsədlərin dayanmasını açıq şəkildə göstərir.
Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi düşmənlərimizi qıcıqlandırmaqla yanaşı, bizim mənəvi birliyimizin, Azərbaycan Respublikasının yürütdüyü milli siyasətin parlaq təzahürüdür.
Biz Ermənistanın sərhəd bölgələrində, qoşunların təmas xətində törətdikləri təxribatları qətiyyətlə pisləyir və yekdilliklə bəyan edirik: Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan bizim doğma Vətənimizdir. Onun hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Əminliklə deyirik, biz azərbaycanlılar – etnik və dini kimliyindən asılı olmayaraq Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda mübarizənin ön sıralarında bu gün də və hər zaman dayanmağa hazırıq! Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi