Heydər Əliyev Fondunun nümayəndələri şəhid hərbçilərin ailələrində olub - Mehriban Əliyeva tapşırıq verdi + FOTO

img

20-07-2020 [12:08]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun nümayəndələri Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. 

Mia.az xəbər verir ki, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib.

Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. 

Mehriban Əliyevanın tapşırığına əsasən, Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA