Azərbaycanda daha 388 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib - 517 nəfər isə sağalıb

img

19-07-2020 [18:40]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA