MN-dən yeni açıqlama: "Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”

img

17-07-2020 [16:37]


“İyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhədinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirlik rəsmisi bildirib ki, ancaq gərginlik yenə də qalır: “Bizim dövlət sərhədi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artileriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA