Dövlət Komitəsinin sədr müavinlərinin sayı artırıldı - Fərman

img

17-07-2020 [16:08]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.

Qeyd edək ki, indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 3 müavini var idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA