AŞPA həmməruzəçiləri Ermənistanın törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar

img

17-07-2020 [15:47]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar.

AŞPA-nın Ermənistan üzrə finlandiyalı həmməruzəçisi Kimmo Kiljunenin AŞPA-nın Azərbaycan üzrə avstriyalı həmməruzəçisi Stefan Şennax və britaniyalı həmməruzəçisi Rojer Gale ilə birgə yaydığı sənəddə Ermənistan və Azərbaycan təmkinli olmağa çağırılıb.

Bəyanatda həmçinin Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasıdan narahatlıq ifadə olunub: “Xatırladırıq ki, Avropa Şurasına üzv olduqları zaman sülhün yaradılması hər iki ölkənin üzərlərinə götürdükləri öhdəliklərdəndir. Ona görə də Ermənistan və Azərbaycanı təhlükəli vəziyyətdən çıxmaq və iltihablı ritorikadan çəkinmək üçün lazımi təmkin göstərməyə çağırırıq”. 

"Biz həmçinin hər iki ölkəni həmsədrlərin 15 iyul tarixli bəyanatlarında göstərilən qaydada ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlarları davam etdirməyə və ATƏT-in müşahidəçilərinin bölgəyə qayıtmalarına icazə verməyə dəvət edirik“, -  bəyanatda vurğulanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA