Ərdoğandan Ermənistana daha bir sərt xəbərdarlıq: "İlham Əliyevlə danışdım, Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq" - VİDEO

img

17-07-2020 [15:22]


“Təbii, Ermənistan işğalçıdır”.

Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Bilirisinzi bu işğal 10 illərə söykənir. Minsk qrupu bu işi hələ də həll edə bilməyib. İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq.

Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Azərbaycandan bir nümayəndə heyətini Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla görüşdüm. Azərbaycanın yanındayıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA