Ceyhun Bayramov XİN-nin kollektivinə təqdim olundu - Prezidentin köməkçisi tərəfindən + FOTOLAR

img

17-07-2020 [12:36]


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyulun 16-da Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

Mia.az xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyi deyib.

C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA