50 yaşı oldu, "Şöhrət" ordeni aldı - Sərəncam

img

23-10-2013 [13:32]



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ziyafət Əsgərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyafət Abbas oğlu Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib.

Mia.az onu da bildirir ki, bu gün Z.Əsgərovun 50 yaşı tamam olub.

Ziyafət Əsgərov kimdir? - tərcümeyi halı:

 Ziyafət Abbas oğlu Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq elmləri namizədi, professordur. 1 dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Rus və fransız dillərini bilir. 

1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür.

1990-cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda konstitusiya hüququ kafedrasının professorudur.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışmışdır.

2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Evlidir, 2 övladı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA