Vahid Əliyev Zakir Həsənovu təqdim etdi, Səfər Əbiyev xələfinə ugur arzuladı

img

23-10-2013 [13:21]



Yeni müdafiə naziri Zakir Həsənov oktyabrın 23-də Müdafiə Nazirliyinin kollektivinə və ordu rəhbərliyinə təqdim olunub. 

Müdafiə Nazirliyində keçirilən mərasimdə yeni müdafiə naziri Zakir Həsənov, keçmiş müdafiə naziri Səfər Əbiyev, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev, qoşun komandanları, korpus komandirləri iştirak ediblər.

Yeni nazir Zakir Həsənovu Müdafiə Nazirliyinin kollektivinə general Vahid Əliyev təqdim edib. O, yeni nazirin təyin olunması haqda prezident İlham Əliyevin sərəncamını oxuyub, Zakir Həsənova uğurlar arzulayıb.

Vahid Əliyev prezident, ali baş komandan İlham Əliyevin adından vəzifədə olduğu müddətdə gördüyü işlərə və vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Səfər Əbiyevə təşəkkür edib.

Mərasimdə Zakir Həsənov və Səfər Əbiyev çıxış edib. Səfər Əbiyev Zakir Həsənova uğurlar arzulayıb.

mediaforum


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA