Qarabağ Azərbaycandır!
15-07-2020 [18:39]
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Lakin biz müharibə şəraitində yaşayırıq, ölkə ərazisinin 20 faizi işğal altındadır.
Düşmən ölkə tərəfindən beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Beynəlxalq hüquq normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir.
Bildiyimiz kimi, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan tərəfindən yenidən atəşkəs rejimi kobudcasına pozulmuşdu. Ermənistan silahlı qüvvələri ağır artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etmişdir. Bu hadisə bir daha sübut etdi ki, Ermənistan tərəfi öz təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu geri otuzdurmuşdur. Lakin heç bir qələbə itkisiz olmur. Azərbaycanın igid oğulları Vətənlərini öz canları bahasına müdafiə edirlər. Düşmənin təcavüzkar hücumu nəticəsində adları tarix səhifələrinə qızıl həriflərlə yazılacaq qəhrəman oğullarımızı şəhid verdik. Onların ruhu qarşısında hörmətlə baş əyir, Allahdan rəhmət diləyirik.
Əslində Ermənistan hökuməti cəbhə bölgəsində gərginliyi artırmaqla diqqəti başqa səmtə yönəltmək fikrindədir. Çünki son zamanlar ölkə daxilində hakimiyyətə qarşı narazılıq artmışdır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura rejimi qurub. Azərbaycan sərhədində təxribat yaratmaqla xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı probləmləri ört-basdır etməyə çalışır. Paşinyan hökuməti beynəlxaq aləmdə də öz nüfuzunu itirməkdədir.
Ermənistandan fərqli olaraq Azərbaycanın nüfuzu beynəlxalq aləmdə günü-gündən artmaqda davam edir. Prezident İlham Əliyevin həyata keçirtdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm daxili gücünü artırmış, həm də dünyada öz sözünü deyən qüdrətli dövlətə çevrilmişdir. Prezidentin çoxsaylı qərarları nəticəsində ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycan ordusu bu gün cəbhə bölgəsində strateji üstünlüyə malikdir.
Xatirə Fehruzzadə
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi