Ermənistan vətəndaşı Naxçıvana keçdi: "Burada mənə vətəndaşlıq verilsin..." - VİDEO
15-07-2020 [16:48]
Ermənistan vətəndaşı 30 yaşlı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.
Mia.az "Report"a istinadla xəbər verir ki, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.
Sardaryanın etiraflarını təqdim edirik:
Sual: Özünüzü təqdim edin.
Cavab: Mən, Sardaryan Narek Suren oğlu 18 oktyabr 1990-cı ildə doğulmuşam, Syunik rayonunun Aşağı Xndzoresk kənd sakiniyəm, 2014-cü ildə ailə həyatı qurmuşam, 2 uşağım var, heyvandarlıq və əkinçiliklə məşğul oluram
Sual: Sərhədi nə üçün keçmişdiniz, məqsədiniz nə idi?
Cavab: Sərhədi əvəllər də keçmək istəmişəm, amma imkanım olmayıb, Naxçıvanla sərhəddə heyvandarlıqa məğul olanda bu imkanı əldə etdim. Çünki Ermənistanda zorakılıqlar, ədalətsizliklər var, mən çox məmurlara, hakimiyyət nümayəndələrinə müraciət etmişəm, lakin kömək etməyiblər. Ona görə mən Azərbaycan sərhədini keçmişəm. Azərbaycan tərəfdən köməklik istəyirəm. Sərhəddə əsgərlər mənə yaxşı münasibətlər göstərdilər, atəş açmadılar.
Sual: Sərhəddi necə keçdiniz?
Cavab: Heyvanları otara-otara Azərbaycan postuna dogru yaxınlaşdım, hərbiçilər məni vurmasın deyə ağ paltarımı çıxarıb göydə yellədim və hərbiçilər məni saxladılar.
Sual: Sizə qarşı hansı haqsızlıqlar olub?
Cavab: Mənə qarşı çox haqsızlıqlar olubdur, kənd icra nümayəndəsi torpaq vergisi ilə yanaşı hər bir heyvan başına 20000 dram pul istəyir. Əslində 2000 dram verməliyik, bizdən zorla rüşvət olaraq artıq pul alırlar. Heyvan satmaq istədikdə sahə müvəkkili Andranik gələrək onun üçün haqq istəyir. Əks təqdirdə şər ataraq həbs edəcəyi ilə hədələyir.
Sual: Naxçıvanla sərhəddə yerləşən Qorayk kəndinin otlaq sahələrinə heyvanları nə üçün gətirmişdiz?
Cavab: Gorusda otlaq sahəsi yox idi, Qoraykda isə 2000 hektar otlaq sahəsi üçün məndən 1000 dollar rüşvət aldılar. Sisyan icra orqanına da otlaq sahələrindən istifadə üçün 1000 dollar pul vermişəm.
Sual: Ermənistandakı vəziyyət barədə nə deyə bilərsiniz?
Cavab: Ermənistanda vəziyyət çox pisdir, demək olar ki, heç bir iş yoxdur, rüşvətxorluq və ədalətsizlik baş alıb gedir. Polisdə rüşvətxorluq çoxdur, əhalinin sosial-iqtisadi vəziyyəti çox ağırdır. Syunik vilayəti ərazisindəki otlaq sahələrində Gorusun yol polisinin rəisi Sevak və hərbi komissar Armen səlahiyyətlərindən istifadə edib bütün əlverişli torpaqları zəbt ediblər və bizlərə orada heyvandarlıqla məşğul olmağa imkan vermirlər , həmin əraziyə digər yerli sakinləri buraxmırlar.
Sual: Ermənistan ordusunda ümumi vəziyyət necədir?
Cavab: Ermənistan ordusunda vəziyyət çox pisdir, heç kim bir-birini qəbul etmir, intizamsızlıq var, bir-birlərinə tabe olmurlar, narkotikadan geniş istifadə edilir. Orduda hərbiçilərin narkotika yetişdirilib satılmasına göz yumulur. Ümumiyyətlə orada polis narkotikadan itifadə edənlərə qarşı heç bir tədbir görmür. Ayrı-ayrı ərazilərdə tiryək və narkotika yetişdirilir, polis zəifdir, mübarizə apara bilmir
Sual: Sizin xidmət keçdiyini hərbi hissələrdə hansı qanunsuzluqlar mövcud idi?
Cavab: Mən Sərhəd Qoşunlarının Vanadzirdakl 5060 saylı,isə Zəngilan rayonunun Kaşatağ bölgəsindəki 5070 saylı hərbi hissələrdə xidmət keçmişəm, 2019-cu ildə Qubadlı rayonmunda səfərbərlik toplanstısında iştirak etmişəm. Ermənistan ordusunda hərc-mərclik, intizamsızlıq və rüşvətxorluq baş alıb gedirş Səfərbəri toplasında 700 nəfərin iştirakı nəzərdə tutulsa da heç 200 nəfər iştirak etmirdi.
Sual: Siz həyatınızın bundan sonrakı hissəsini necə görürsünüz?
Cavab: Xahiş edirəm ki, burada mənə vətəndaşlıq verilsin, Ermənistana geri qaytarılmayım, orada bezmişəm, orada insanları çox incidirlər. Olmasa belə xahişim budur ki, məni üçüncü bir dövlətə təhvil versinlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi