Səlim Müslümov: “Çox üzr istəyirəm, amma bu gün danışa bilməyəcəyəm"

img

23-10-2013 [12:26]



İlham Əliyev üçüncü prezidentlik müddətinə hökumətin tərkibində müəyyən dəyişikliklər apardı. Prezidentin sərəncamı ilə yeni təyinat almış nazirlərdən biri Səlim Müslümovdur. Ölkə başçısı onu Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən çıxarıb, əmək və əhalinin sosial müdafiəsi naziri təyin etdi.

"Modern.az" saytı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun təəssüratlarını öyrənib. Həmişə mediaya açıq olan nazirlik rəhbəri hazırda gərgin iş rejimində çalışdığını bildirib. Bir-birinin ardınca təbrik zəngləri aldığını deyən S.Müslümov bu gün ərzində geniş açıqlama verə, danışa bilməyəcəyini söyləyib.

"Çox üzr istəyirəm. Amma bu gün danışa bilməyəcəyəm. Gərgin iş rejimində çalışıram. Yanımda da çoxlu adam var”, – deyə Səlim Müslümov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA