Türkiyə Müdafiə Nazirindən Ermənistana xəbərdarlıq: "Azərbaycana hücum edənlər başlarından böyük işə girişiblər"

img

15-07-2020 [15:16]


“Azərbaycanın acısı bizim acımızdır, bu acını dərindən hiss edirik”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Hücum nəticəsində şəhid olan can qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm. Bunu dəqiqliklə bildirmək istərəm ki, Yuxarı Qarabağı heç bir hüquqi əsas və legitimliyə istinad etmədən işğal edən Ermənistana qarşı Azərbaycanın, azərbaycanlı silahdaşlarımızın sonunadək yanındayıq. Möhtərəm Prezidentimizin dediyi kimi, bu mənfur hücumu edənlər başlarından böyük işə girişiblər. Ermənistan qurduğu tələyə özü düşəcək”, - nazir əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA