Yeni nazirin ilk iş günündə həbs başladı, Heydər Əsədovun işçisi qandallandı

img

23-10-2013 [11:12]



Dünən kənd təsərrüfatı naziri təyin olunan Heydər Əsədovun ilk iş günü xoşagəlməz xəbərlə başlayıb. Belə ki, nazirliyin tabeliyində olan "Aqrolizinq” ASC-nin İmişli rayon "Aqroservis” filialında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həbslərə start verilib.

Mia.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835.5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA