Əli Əhmədov baş nazirin müavini oldu, YAP-da deputat olmaq istəyənlər ümidləndi

img

23-10-2013 [10:56]


 Prezident İlham Əliyevin YAP sədrinin müavinin, deputat Əli Əhmədovu baş nazirin müavini təyin etməsi ilə  Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatdı.

Qanuna görə, Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verməlidir. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Beləliklə, 19 saylı Nərimanov seçki dairəsi deputatsız qalacaq.

Hazırda 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub.

Həm Gülər Əhmədova, həm Hikmət Atayev parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdilər. Əli Əhmədov da hakim Yeni Azərbaycan Partiyasının deputatıdır.

2010-cu il noyabrın 7-də seçilmiş Milli Məclisdə hazırda Yeni Azərbaycan Partiyası 69 deputatla təmsil olunur. Əli Əhmədovun deputatlığına xitam veriləndə onların sayı 68-ə düşəcək(mediaforum).

Mia.az xəbər verir ki, Əli Əhmədovun vəzifəyə getməsi bir neçə tanınmış YAP üzvünü həvəsləndirib. Onlardan biri deputat seçilmək iddiasını da gizlətməyib. Bununla bağlı araşdırmamız olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA