"Qaçqınkom"da yoxlama: hansı saxtakarlıqlar aşkarlanıb? - Şok faktlar
10-07-2020 [13:27]
Hesablama Palatası 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ("Qaçqınkom") ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparıb.
Mia.az-ın "Report"a istinadla məlumatına görə, audit nəticəsində məlum olub ki, Komitə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ümumi məbləği 118,5 min manat olan satın alınacaq malların ehtimal olunan qiymətlərini müəyyənləşdirməyib, aparat xərcləri üzrə satınalma keçirilmədən 20,2 min manat vəsait xərc edib, həmçinin 9,3 min manat məbləğin xərc paraqraflarını, 35,5 min manat məbləğin isə funksional təyinatını dəyişdirərək xərc edib, Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatını "Azərsu" ASC həyata keçirdiyi halda, özəl təşkilata 8,5 min manat xidmət haqqı köçürüb.
Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılsa da, müəyyən edilib ki, 2019-ci ilin dekabr ayında 33 manat vahid aylıq müavinət alan 10 741 nəfər məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9 879 nəfər məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib, 2 910 nəfər məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201,7 min manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib.
2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib, bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.
Ümumilikdə 40 məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9 588,9 manat, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248,8 min manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 nəfər məcburi köçkünə 96,8 min manat vahid aylıq müavinət ödənilib, mənzil qanunvericiliyinə və yaxud mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən 1 513 nəfər məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi