Baş prokurorun müavini videokonfransda iştirak edib
10-07-2020 [12:06]
Azərbaycan Respublikasının Baş Prokurluğu cinayətkarlığın müxtəlif formaları, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, elmi araşdırmaların aparılması, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış anti-korrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində öz fəaliyyətini davam etdirməkdədir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, cari ilin iyul ayının 6-dan 7-dək Albaniya Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində “Zoom” proqramı vasitəsi ilə “Rəqəmsal erada yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə: şəffaflıq, dürüstlük və cavabdehlik prinsiplərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
Albaniyanın Baş naziri və xarici işlər naziri cənab Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyevadan ibarət nümayəndə heyəti tərəfindən təmsil edilib.
Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunan konfransda ATƏT-in Baş katibi Tomas Qreminger, Monteneqronun Dövlət idarəetmə naziri Suzana Pribilovic, Makedoniyanın Xarici işlər naziri Nikola Dimitrov, İtaliya Deputatlar Palatasının üzvü Vittorio Ferraresi, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının dekanı Thomas Stelzer, Özbəkistanın Xarici işlər nazirinin müavini Şerzod Asadov, Gürcüstanın Ədliyyə nazirinin müavini Goca Lordkipanidze, İsveçrənin ATƏT, BMT və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Volfqanq Amadeus Brülhart, eləcə də Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, həmçinin tanınmış elm xadimləri iştirak ediblər.
Konfrans zamanı təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təşviqində yaxşı idarəçiliyin və korrupsiyaya qarşı mübarizənin rolu, bu sahədə əldə edilmiş müsbət təcrübə, ATƏT məkanında anti-korrupsiya strategiyası və anti-korrupsiya orqanları, eləcə də informasiya texnologiyalarının yaratdığı imkanlar, korrupsiyaya qarşı mübarizədə məlumat verən şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin rolu, korrupsiya cinayətlərinin istintaqı zamanı beynəlxalq əməkdaşlıq və sair kimi məsələlər üzrə müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi