Zaman İsgəndərovdan "Karvan"çılara dəstək

img

22-10-2013 [13:15]


Məlum olduğu kimi 19 oktyabrda Sumqayıtda yerləşən "Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsilə əlaqədar, yüzlərlə sahibkara əhatə dairəsi milyonlarla ölçülən maddi ziyan dəyib. 

Ən başlıcası isə həmin sahibkarlar yanğın nəticəsində illərlə işlədikləri və ailələri üçün çörək qazandıqları iş yerlərini itiriblər. Yaranmış durumu nəzərə alaraq Sumqayıt şəhər rəhbərliyi və "Sumqayıt Ticarət Mərkəzi” ASC-in idarə heyyətinin sədri Zaman İsgəndərovun birgə təşəbbüsü ilə sözügedən Mərkəzin 3-cü mərtəbəsində zərərçəkmiş sahibkarların ixtiyarına pulsuz olaraq yer verilməsinə dair göstəriş verilib. 

Sahibkarların nəzərinə! Artıq fəaliyyətinizi qismən də olsa bərpa etmək üçün "Sumqayıt Ticarət Mərkəzi” ASC-in rəhbərliyinə müraciət edə bilərsiniz. Əlaqə : (65) 5 85 35

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA