Azərbaycanda vəzifəli şəxslər həbs olundu

img

21-10-2013 [18:30]


Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ifşa olunub. Baş Prokurorluqdan MİA-ya verilən məlumata görə, «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılıb.

Araşdırmalar zamanı MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanovun cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməklə onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsində və digər qanunazidd hərəkətlər etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb.

Q.Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) və 313-cü (vəzifə saxtakarlığı), Rauf Xəlilov isə 178.3.2 və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA