21-10-2013 [18:12]
Qeyd olunub ki, seçkilərin nəticələri və seçkilər zamanı yol verilən qanun pozuntuları barədə şikayətlər, məhkəmə araşdırmaları başa çatmamış Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tələm-tələsik təsdiq etməsi və elə həmin gün inaqurasiya mərasiminin keçirilməsi deyilənlərə əyani sübutdur. Hakimiyyət bununla seçki prosesinin bitdiyini nümayiş etdirərək, seçkilərlə bağlı beynəlxalq və daxili təpkiləri azaltmaq xətti tutub. Daha sonra bildirilib ki, Cəmil Həsənlinin Seçki Qərargahının sədr müavini, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının seçkinin nəticələri müzakirə olunan vaxt iki gün polislər tərəfindən faktiki olaraq cəmiyyətdən təcrid edilməsi də bu prosesin tərkib hissəsi olub. Toplantıda bildirilib ki, bu yolla seçkilər dövründə baş vermiş cinayətləri gizlətmək hakimiyyətə nəsib olmayacaq.
Sonra son günlər Rusiyada körüklənən anti-Azərbaycan isteriyası haqqında ətraflı müzakirələr aparılıb. Toplantı iştirakçıları qətldə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs edilməsi vaxtı ona qarşı zorakılıq əməllərinin törədilməsini, işgəncə verilməsini qətiyyətlə pisləyib və qeyd ediblər ki, əslində bu prosesdə Rusiya hakimiyyəti özünü qisasçı kimi aprır ki, bu da ən elementar dövlətçilik təfəkkürünə zidd bir haldır. Bu, həm də insan hüquqlarına qarşı törədilmiş bir vəhşilikdir. Toplantı iştirakçıları onu da qeyd ediblər ki, əslində Moskva kimi böyük bir şəhər üçün adi kriminal faktı olan bu hadisəni şişirtməklə Rusiya hökuməti bir sıra daxili hədəflərlə yanaşı həm də Azərbaycana təzyiq etmək, onu "Gömrük İttifaqı”, "Avrasiya İttifaqı” kimi qondarma qurumlara cəlb etmək niyyəti güdür. Bundan əlavə, Divan üzvləri bu məsələlərdə Azərbaycan hakimiyyətinin də böyük günahı olduğunu bildiriblər. Qeyd ediblər ki, zəngin sərvətləri olan bir ölkənin vətəndaşları rejimin səriştəsiz və korrupsioner idarəçiliyi ucbatından səfil vəziyyətə düşüb və bir parça çörək mnaminə öz ölkələrini tərk etmək məcburiyyətində qalıblar. Vətəndaşlarını ölkədən didərgin salan rejim onların hüquqlarını da qorumağı bacarmır və yaxud bunu istəmir.
Sonra son vaxtlar "Yeni Müsavat”, "Azadlıq” və digər müxalif və müstəqil qəzetlərin satışına qarşı törədilən maneələr barədə müzakirələr açılıb və bu qətiyyətlə pislənilib.
Toplantıda Sumqayıtda baş verən yanğın nəticəsində maddi zərər çəkmiş kiçik və orta sahibkarlara ədalətli kompensasiya ödənilməsi hakimiyyətdən tələb olunub.
İsmayıllı hadisələri ilə bağlı həbs olunmuş Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun, NİDA Vətəndaş Hərəkatı və AGT-nin üzvlərinin, eləcə də Hacı Tale Bağırzadənin və digər siyasi məhbusların bugünlərdə başlayacaq məhkəmə prosesi ilə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, adları qeyd olunan siyasi məhbuslar uzun müdətdir ki, günahsız olaraq həbsdə yatırlar. Divan siyasi məhbusların, eləcə də Binə Ticarət Mərkəzində baş verən hadisələr və İsmayıllı hadisələri zamanı günahsız olaraq həbs olunan digər şəxslərin azadlığa buraxılmasını tələb edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi