Xoşbəxt Yusifzadə “Şərəf və Vicdan” ordeni ilə təltif olundu

img

21-10-2013 [18:00]


ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

 ARDNŞ-nin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, professor Xoşbəxt Yusifzadə Birləşmiş Millətlərin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsi tərəfindən böyük elmi xidmətlərinə görə "Şərəf və Vicdan" ordeni ilə təltif edilib.

Xatırladaq ki, akademik X.Yusifzadə Azərbaycan Respublikasının və keçmiş Sovetlər İttifaqının bir çox nüfuzlu dövlət təltifləri və mükafatları ilə yanaşı, 2008-ci ildə neft sənayesinin inkişafında və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 2009-cu ildə isə qazandığı uğurlara görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "İlin alimi" fəxri adına, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 25 noyabr 2011-ci il tarixli qərarı ilə Türk Dünyası elminə, təhsilinə və iqtisadiyyatına böyük xidmətlərinə görə "Türk Dünyasının Fəxri Alimi" Beynəlxalq Mükafatına da layiq görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA