Deputat: "Azərbaycan ATƏT-in bütün icra strukturları ilə konstruktiv dialoq aparmağa hazırdır"
07-07-2020 [23:48]
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin onlayn görüşündə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin mandatının yenilənməsi ilə bağlı ölkəmizin mövqeyinə dair çıxış edib.
Mia.az xəbər verir ki, Azay Quliyev ATƏT PA-nın Baş katibi Roberto Montellanın xahişi ilə ATƏT institutları rəhbərlərinin səlahiyyətlərinin yenilənməsi ilə bağlı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləri ilə geniş müzakirələr apardığını bildirib.
Müzakirələrin nəticələrini həmkarları ilə bölüşən Azay Quliyev Azərbaycanın ATƏT-in Baş katibinin, həmçinin DTİHB-nin direktoru və Milli azlıqlar üzrə Ali Komissarın növbəti müddətə yenidən təyin olunmasına dair konsensusa qoşulmağa hazır olduğunu bildirib: “Mətbuat azadlığı üzrə hazırkı nümayəndənin səlahiyyət müddətinin uzadılması ilə bağlı ATƏT-də konsensus olmadığına görə, Azərbaycan Albaniya sədrliyini vakansiya prosedurunu işə salmağa və iştirakçı dövlətlərin hökumətlərini bu vəzifəyə ən tez zamanda yeni namizədlər irəli sürməyə dəvət etməyə çağırıb.
Qeyd etmək lazımdır ki, təmsil etdiyim ölkənin media azadlığı üzrə nümayəndəyə dair mövqeyi bir mandat deyil, şəxsiyyət məsələsidir. Azərbaycan ATƏT-in bütün icra strukturları ilə öz mandatlarına uyğun olaraq siyasiləşdirmə faktorundan uzaq və nəticələrə istiqamətlənmiş şəkildə insan ölçüsü öhdəliklərinin icrası ilə bağlı konstruktiv dialoq aparmağa hazırdır.
Onu da vurğulamaq istərdim ki, Azərbaycan DTİHB ilə əməkdaşlıqdan məmnundur və biz bu qurumun tənqidləri də daxil olmaqla bütün problemləri və çatışmazlıqları açıq müzakirə etməkdən çəkinmirik və demokratik öhdəliklərimizin icrası sahəsində DTİHB ilə sıx əməkdaşlığımızı genişləndirməyə ümid edirik”.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri bildirib ki, media azadlığı üzrə nümayəndəyə gəlincə, təəssüf edirik ki, son üç ildə bu vizyon tam reallaşmadı və bir çox hallarda media azadlığı üzrə nümayəndənin mandatına daxil olan əməkdaşlıq və dialoq mexanizmi tam istifadə olunmadı: “Bunun əvəzinə, Nümayəndənin fəaliyyəti digər üzv ölkələrdə, xüsusən də bölgəmizdə baş verən narahatlıq doğuran hadisələrə göz yuman, yalnız bəzi iştirakçı dövlətlərdə nöqsan axtaran vasitəyə çevrildi.
Azərbaycan Respublikası ATƏT-in müvafiq prinsip və öhdəliklərinin icrasını gücləndirmək, habelə iştirakçı dövlətlərin razılaşdırılmış fəaliyyətinin səmərəliliyini artırmaqdan ibarət olan ümumi dəyərlərimiz üzərində qurulan ortaq hədəfimizə çatmaq üçün media azadlığı üzrə növbəti nümayəndə ilə əməkdaşlığa hazırdır.
Çox ümid edir və gözləyirik ki, şəffaf prosedurlar yolu ilə təyin ediləcək yeni Nümayəndə mandatı ilə müəyyən edilmiş qaydada, ATƏT prinsipləri və öhdəlikləri əsasında fəaliyyət göstərəcək və bütün iştirakçı dövlətlərdə selektiv yanaşma faktları olmadan medianın inkişafını müşahidə edəcək, eləcə də hərtərəfli, obyektiv və qərəzsiz şəkildə ifadə və media azadlığını təbliğ edəcəkdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi