Təhsil Nazirliyi ADPU-dəki etiraz aksiyası ilə bağlı açıqlama verdi

img

21-10-2013 [16:16]


Azərbaycan Dövlər Pedaqoji Universitetindəki aksiya ilə bağlı Təhsil Nazirliyi açıqlama verib. Nazirliyin ictimaətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehovun ANS PRESS-ə verdiyi məlumata görə, hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitet tərəfindən sərbəst seçilə bilər.

"Hər bir universitetdə semestr imtahanlarının keçirilməsi forması universitetdə çalışan professor-müəllim və tələbə heyətinin birgə müzakirəsindən sonra seçilə bilər və bu forma nazirlik tərəfindən təsdiq olunur. Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən semestr imtahanlarının keçirilməsi formasında hər hansı dəyişikliyi Təhsil Nazirliyi təsdiq etməyib”, - deyə Cəsarət Valehov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA