Qadın hüquqlarının müdafiəsi naminə "Gender Hub Azerbaijan” platforması yaradılır
07-07-2020 [15:24]
Artıq bir müddətdir ki, gender fəalları arasında xüsusi marağa səbəb olan NAYORA (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası) və “Gender Talks” təşəbbüs qrupunun birgə təşkil etdiyi “Qadın və qızlara qarşı məişət zorakılığı”, “Qadınlara qarşı istifadə olunan stereotiplər” və “Medianın qadın zorakılığında rolu” adlı online formatda keçirilən silsilə ictimai müzakirələrdə gender fəalları, feministlər, jurnalistlər və insan hüquqlarının müdafiəsi sahəsində çalışan ümumilikdə 300-dən çox şəxs iştirak edib və həmin mövzularda 50-yə yaxın təkliflər irəli sürülüb.
Bu barədə Mia.az-a verilən məlumata görə, təkliflərdən biri də həm qeyri-hökumət, həm də media daxil olmaqla bütün sahələrdə çalışan gender fəallarının qadın hüquqları naminə birgə fəaliyyət göstərməsi, şəbəkələşməsi və vahid platformanın yaradılması olmuşdur.
Bu təklifə əsasən, qadın hüquqları naminə vahid platformanın yaradılması məqsədilə 2 iyul 2020-ci il tarixində online formatda konsultativ görüş təşkil edilmişdir.
Vahid platformanın yaradılmasının məqsədi qadın və qızların zorakılıq hallarının qarşısının alınması ilə bağlı qaldırılmış məsələləri, qadın hüquqlarının müdafiəsi ilə əlaqədar görülən işləri platforma üzərindən işıqlandıraraq ictimaiyyətə çatdırmaq, təkliflər hazırlayaraq müvafiq instansiyalara təqdim etmək, gender bərabərliyi mövzusunda ideyalar mərkəzinə - HUB-a çevrilməkdir.
Konsultativ görüşün təşkilatçısı, gənclərlə iş üzrə ekspert Məryəm Məcidova öz çıxışında xüsusilə qeyd etmişdir: “Biz təşkilatları, təşəbbüs qruplarını, eləcə də gəncləri vahid çətir altında toplayaraq qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edə bilərik.“
Konsultativ görüş iştirakçılarının təklif etdiyi 32 ad içərisindən səsvermə nəticəsində səs çoxluğu ilə “Gender Hub Azerbaijan” yaradılacaq platforma üçün ən uyğun ad olaraq seçilib. Görüşdə iştirak etmiş təşəbbüs qruplarının nümayəndələri, ictimai fəallar, feministlər, qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən digər şəxslər platformanın yaradılmasını yüksək qiymətləndirmiş və platformanın gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər.
Bundan əlavə, iştirakçılar “11 iyul Ümumdünya Əhali günü” ilə əlaqədar mümkün onlayn aksiyalar barədə də müzakirə apardılar.
Gender Hub Azerbaijan bütün gender fəallarını və qadın hüquqları naminə fəaliyyət göstərən hər bir kəsi prosesə qoşulmağa və Azərbaycanda bu sahədə mövcud olan problemlərin həllinə dəstək verməyə dəvət edir.
Facebook linki: https://bit.ly/2Z2Mcui
İnstagram linki: https://bit.ly/2Az1iO
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi