Nəticələri ləğv olunmuş dairələrdə təkrar seçkilər nə vaxt keçiriləcək?
07-07-2020 [11:39]
Nəticələri ləğv olunmuş dairələrdə təkrar seçkilər koronavirus pandemiyasından sonra keçirilə bilər.
Yenisabah.az xatırladır ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 4 daiərnin nəticələri ləğv edilib. Bunlar 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.
Bu dairələrdən müvafiq ardıcıllıqla hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli və keçmiş deputat Çingiz Qənizadə qalib elan edilmişdi.
Seçki qanunverciliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur. Buna baxmayaraq, gözləntilər var idi ki, təkrar seçkilər may ayında keçiriləcək.
Doğurudur, bu barədə rəsmi açıqlama yox idi. Lakin hər kəs düşünürdü ki, təkrar seçkilərin keçirilməsi yubadılmayacaq. Artıq iyul ayıdır və hələ təkrar seçkilər barədə danışan yoxdur. Bunun da obyektiv səbəbləri var. Azərbaycan koronavirus infeksiyasının təhdidi ilə üz-üzədir. Hazırda ölkə bu infeksiya ilə mübarizəyə köklənib. Yoluxmanı lokallaşdırmaq üçün kütləvi tədbirlər ləğv edilib. Seçkilər də kütləvi tədbirlər kateqoriyasına daxildir. Bu baxımdan, hesab edilir ki, pandemiya davam etdikcə təkrar seçkilərin keçirilməsi gündəmə gətirilməyəcək.
Seçkiləri digər tədbirlər kimi virutal formada keçirilməsi də mümkün deyil. İndiyə qədər belə bir təcrübəyə rast gəlinməyib. Onu da nəzərə almaq lazımdır nəticələri ləğv edilən dairələrdə ciddi rəqabət var. Həmin dairənin qalibləri və onların əsas rəqibləri növbəti dəfə seçkiyə qatılacaqlarını bəyan ediblər. Bu isə təkrar seçkilərin kifayət qədər gəgin keçəcəyindən xəbər verir. Belə bir vəziyyətdə virtual seçki keçirmək əlbəttə ki, qəbul edilməyəcək. O halda yalnız bir yol qalır: Seçkiləri pandemiyadan sonra keçirmək. Bəzi ehtimallara görə, təkrar seçkilər virus lokallaşdırıldıqdan, yoluxma sayı minimuma enəndən sonra da keçirilə bilər.
Məlumat üçün deyək ki, təkrar seçkilərin vaxtı Prezident sərəncamı ilə təyin edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi