Laçının icra başçısı Akif Səlimov "məmur ovu"na çıxıb - şikayət

img

21-10-2013 [11:22]


"Bildiririk ki, 04.03.2013-cü il tarixdə Akif Səlimov Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin müvfiq sərəncamıyla Laçın rayonuna icra başçısı təyin olunub. Həmin tarixdən bu günə qədər rayonda vəzifə uğrunda ciddi mübarizələrə başlanıb".

Mia.az  xəbər verir ki, bu sözləri Demokratiya info-ya rayon sakinləri deyib. Onların sözlərinə görə, özünə yeni kamanda formalaşdırmağa çalışan A.Səlimov İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Bəsti Nəcəflini, aqrar məsələlər üzrə  müavin S.Məmiyevi, ümumi şöbə müdürü N.Nəcəfovu, İcra Hakimiyyətinin komendatı Şakir İbrahimovu, Mədəniyyət şöbəsinin müdüri İ.İlyasovu və Dairə Seçki Komisiyasının sədri Ş.Paşayevi tələm - tələsik tutduqları vəzifələrdən azad edib: "Ölkədə keçirilən seçkiylə əlaqədar dəyişikliyə qısa müddətli fasilə verən A.Səlimov seçkilərdən dərhal sonra Laçın rayon İcra Hakimiyyəti başçısı postuna şanslı namizəd olan iqtisadi məsələlər üzrə müavini A.Nəzərlini, Evlər idarəsinin müdiri Ə.Abbasovu və təhsil şöbəsinin müdüri Malik Vəliyevi tutduqları vəzifələrdən uzaqlaşdırmağa hazırlaşır.

Onu da xatırladaq ki, adı çəkilən məmurlar sabiq İcra başçısı R.Cəbrayılova xüsusi yaxınlığı ilə seçilən vəzifələ sahibləri sayılır". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA