21-10-2013 [00:04]
Məlum olduğu kimi, Qərb dairələri, xüsusən də ABŞ Azərbaycanda keçirilən seçkiləri müsbət qiymət-ləndirmədi. Hələlik nəticələrlə bağlı yekun rəy ortada olmasa da, ABŞ-la Azərbaycan hakimiyyətinin münasibətlərində gərginlik mövcuddur. Digər tərəfdən, Rusiyada Azərbaycan vətəndaşı olan Orxan Zeyna-lovun həbsi, təhqir olunması və bunun nümayişkəranə şəkildə həyata keçirilməsi şimaldan da "soyuq küləklər"in əsəcəyini göstərir."Turan" İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev "Reytinq"ə müsahibəsində bu məsələlərə aydınlıq gətirir:
- Beynəlxalq təşkilatlar formal olaraq, seçki ilə bağlı belə bir rəy verməli idilər. Həqiqətən də budəfəki seçkilərdə çox ciddi qanun pozuntuları var idi. Deyərdim ki, seçki total şəkildə saxtalaşdırılıb. Hesab edirəm ki, Azərbaycanın tarixində bu şəkildə saxtakarlıq olmayıb. Bütün bunları seçkidə iştirak edənlər də, müşahidəçilər də görüb.
ATƏT-in, ABŞ-ın nümayəndələri də bunları görməyə bilməzdi. Onlar da seçkidə baş verənləri gördülər və reaksiyalarını məlum şəkildə verdilər. Onlar deyə bilməzdilər ki, Azərbaycanda prezident seçkiləri tam demkoratik şəraitdə keçib, hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb. Yəni, real vəziyyətə uyğun rəy veriblər.
- Bundan əvvəlki seçkilərdə də Qərbdən Azərbaycandakı seçkilərə mənfi rəy verilirdi. Amma bu dəfə gözlənilmədən sərt bir rəy ortaya çıxdı...
- (Tələsik)Sizin bu fikrinizlə razı deyiləm. 2003-cü il prezident seçkilərində ATƏT-in rəyi daha sərt idi. Hətta ATƏT-dəki bir qrup seçkiləri tanımamaq şüarı ilə çıxış edirdi. Təxminən 186 deputat sərt mövqe bildirirdi. 2008-ci ildə isə ortada ciddi bir narazılıq yox idi, çünki alternativsiz seçki keçirilmişdi. Amma indiki vəziyyət tamamilə başqadır. Yəni, seçkilər indiyə kimi görünməyən saxtakarlıq şəraitində keçirildi. Ona görə də buna adekvat reaksiya olmalı idi.
- Bu reaksiyalar, təzyiqlər bundan sonra hansı məcrada davam edə bilər?
- Sözsüz ki, Azərbaycanla əməkdaşlığı davam etdirəcəklər. Çünki artıq İlham Əliyev Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində keçiriləcək sammitə dəvət olunub. Bu da onu göstərir ki, İlham Əliyevlə əməkdaşlığı davam etdirmək fikrindədirlər.
Amma o biri tərəfdən də seçkilərin nəticələrinə mənfi rəy vermək dalğası davam edəcək. Bu isə dimlo-matik dillə desək, yeni hakimiyyətin legitimliyinin tam qəbul olunmadığını göstərəcək. Yəni, problemli seçki keçirilməsi və problemli qələbə damğası Azərbaycanın üzərində qalacaq.
- Hakimiyyət tərəfi isə həm ATƏT-in, həm də Dövlət Departamentinin qərəzli və obyektiv olmadığını bəyan edir. Necə düşünürsünüz, bu soyuq müharibə, fikir atışması nə zamana qədər davam edə bilər?
- Mən, Mehman Əliyev olaraq, heç vaxt hakimiyyətdə olmaq, hansısa post tutmaq iddiam olmayıb. Bu hakimiyyət tərəfindən mənə dəfələrlə real təkliflər olub, amma imtina eləmişəm. Ona görə də, mövqeyimdə tam qərəzsiz olduğumu nümayiş etdirirəm və hər hansı bir siyasi marağımın olmadığını deyirəm. Ancaq tərəfsiz bir adam kimi deyirəm ki, bu seçkilər tam saxtakarlıq şəraitində keçirilib. Bu, real durumdur. İndi hakimiyyət nümayəndələri nə deyirlər, kimi nədə ittiham edirlər, onların hamısı sadəcə, sözdür. Fakt odur ki, seçkidə qanun pozuntuları olub və beynəlxalq aləm də bunlara qiymət verib.
- Hazırda ABŞ-ın seçki ilə bağlı yekun rəyi yoxdur. Qarşıdakı dövrdə Amerikanın seçkilərin nəticələrini ta-nımasının, qalibi təbrik etməsinin şahidi olacağıqmı?
- Düşünürəm ki, ABŞ tərəfindən belə bir təbrik olmayacaq. Çünki ATƏT-in sözügedən missiyasının seçki ilə bağlı qərarı hələ ilkin qərardır. Biz hələ bilmirik ki, bundan sonra Aərbaycandakı seçkilərlə bağlı hansı qərar çıxarılacaq? Düzü, mən hesab etmirəm ki, növbəti qərar yumşaq olacaq. Amerika ilə Azərbaycan arasındakı gərginliyi nəzərə alsaq, inanmıram ki, bu prosesdə hansısa yumşalma getsin.
- Yumşalma olmayacaqsa, hakimiyyət bu beş ili necə başa vuracaq?
- Yumşalma olmasa da, əməkdaşlıq olacaq. Bu əməkdaşlıq Azərbaycanla Avropa Birliyi, ATƏT çərçivəsin-də baş verəcək. Yəni, proses soyuq münasibətlər müstəvisində də olsa, əməkdaşlıq çərçivəsində da-vam edəcək.
Əslində, Azərbaycan hakimiyyəti də körpüləri yandırmaq istəmir. Yəni, hələlik müəyyən mənada dö-züm nümayiş etdirməyə çalışacaqlar.
- Mehman bəy, seçkidən sonra Rusiya nəticələri tanıdı və Putin İlham Əliyevi təbrik etdi. Ancaq Orxan Zeynalovla bağlı olaydan sonra proseslərin fərqli müstəviyə keçdiyi görünür. Sizcə, son olaylarda siyasi məqamlar varmı?
- Hesab edirəm ki, bu prosesdə siyasi məqamlar var. Düzdür, Rusiya hakimiyyəti təşəbbüsü əl almaq, özlərini millətçi göstərmək üçün müəyyən addımlar atır. Guya millətçilikdən çıxış edir və xalqın hüquqla-rını müdafiə edirlər.
O biri tərəfdən isə Azərbaycan vətəndaşının o şəkildə təhqir olunması bizim tərəfdən narazılıq yaratdı. Ancaq ruslar Azərbaycan hakimiyyətinə bir növ mesaj da vermiş oldular. Əslində, çox maraqlı bir vəziy-yət yaranıb. Şəxsən mən hesab edirəm ki, Rusiyanın Amerika ilə müəyyən məsələlərdə müttəfiqlik münasibətləri var.
Onu da nəzərə almalıyıq ki, iyun ayına kimi Azərbaycanla Amerikanın münasibətləri soyuq idi. Yadınız-dadırsa, Dövlət katibinin köməkçisinin müavini Bakıya gəlmişdi, onun burda verdiyi bəyanat, qırmızı, qa-ra xətt məsələsi və s. ciddi mesajlar idi. Eyni zamanda, həmin ərəfədə Rusiya ilə münasibətlər də kifa-yət qədər gərgin idi. Birdən-birə iyul ayından başlayaraq Azərbaycana qarşı münasibətlər dəyişdi. Çox maraqlıdır ki, həm Qərbin, həm də Rusiyanın mövqelərində loyallaşma oldu. İndi də görürük ki, həm Qərbin, Amerikanın, həm də Rusiyanın Azərbaycana münasibəti dəyişib. Bu da o deməkdir ki, ya seçki-dən öncə əldə olunan razılaşma, götürülən öhdəlik Azərbaycan tərəfindən yerinə yetirilməyib, ya da, tərəflər İlham Əliyevi daha güclü göstərmək üçün belə bir taktika seçiblər.
Görürsünüz ki, gah ABŞ Dövlət Departamentinin, gah da Orxan Zeynalov məsələsi ilə bağlı Rusiyanın üzərinə gedirlər. Bu situasiya isə İlham Əliyevin kifayət qədər güclü bir lider kimi təqdim olunmasına şərait yaradır. Yəni, belə bir rəy yaranır ki, öz maraqları naminə böyük dövlətlərin üzərinə gedir, lazım gə-ləndə Azərbaycan vətəndşının hüquqlarını da qoruya bilir. Rusiyada da azərbaycanlı ilə bağlı baş verən olayda bu məqamların olması istisna deyil. Düzü, mən ikinci variantın daha real olduğunu düşünürəm.
Seçki başa çatdı, əməkdaşlığı davam etdirmək lazımdır, gözdən pərdə asmaq üçünsə, müəyyən təzyiq göstərilməlidir. Mənzərə isə bundan ibarətdir: Azərbaycanda güclü lider var, dünyanın onunla hesab-laşmaqdan, onun isə əməkdaşlıq etməkdən başqa yol yoxdur.
- O fikirlər də səslənir ki, Qərb dairələrinin, o cümlədən Amerikanın budəfəki seçkilərlə bağlı sərt möv-qeyi qarşıdan gələn 2015-ci il parlament seçkilərinə hesablanıb. 2015-də hakimiyyətə indiyə kimi olan sərbəstliyi vermək istəmirlər, seçkinin daha demokratik prinsiplərlə keçirilməsini tələb edirlər. Bu barə-də nə deyə bilərsiniz?
- Son iki ildə Amerika Azərbaycanda insan haqları, demokratiya, söz və mətbuat azadlığı, normal seçki mühiti və bu kimi bir sıra məsələləri önə çəkirdi. ABŞ indi də həmin tələblərində qalır. Əslində, seçkidə baş verən qanun pozuntularına Amerika tərəfindən verilən sərt reaksiya da məhz bu tələblərin gözardı edilməsi ilə bağlıdır. Ancaq hesab edirəm ki, Amerika Azərbaycanda insan haqları, demokratiya, söz və mətbuat azadlığı məsələləri ilə bağlı tələblərini intensivləşdirəcək və yaxın illərdə bu istiqamətdə dəyi-şikliklər gözləməyə dəyər.
Təbii ki, 2015-ci il parlament seçkiləri ilə bağlı da müəyyən planların olması mümkündür. Qüdrət Həsən-quliyev də belə bir fikir səsləndirmişdi ki, parlamentin tərkibi genişləndirilsin, 125 proporsional, 125 de-putat mojaritar qaydada seçilsin. Bu o deməkdir ki, siyasi mübarizəni küçələrdən parlamentə keçirmək məsələsi də gündəmdədir.
- Mehman bəy, seçkidən sonra müxalifət düşərgəsində də, elə Milli Şurada da müəyyən qopmalar oldu, bəziləri müxalifəti düzgün taktika yürütməməkdə suçladı. Necə düşünürsüz, Milli Şura bu seçkidə üzərinə düşəni edə bildimi?
- Hesab edirəm ki, Milli Şura və namizəd Cəmil Həsənli Azərbaycanda yeni bir situasiya yarada bildi. Sönük vəziyyətdə olan, kiçik resurslara malik müxalifət kifayət qədər güclü döyüş nümayiş etdirməyi bacardı.
Milli Şuranın tərkibi məsələsinə gəlincə, gözlənilməz bir şey yoxdur. Bəli, mən Milli Şuranın perspektivi ilə bağlı nikbin olmuşam. Amma Milli Şurada mənfi istiqamətdə fəaliyyət göstərən qüvvələr barədə əvvəlcədən məlumatlı idim. Seçki ərəfəsində, yaxud seçkidən sonra kimlərinsə ümumi maraqlara zidd ad-dımlar atacağını da gözləyirdim. Elə bilməyin ki, biz içəridə gedən prosesləri görmürdük və kimin kim ol-duğunu bilmirdik. Mən bu barədə hələ qış aylarında İsa Qəmbəri və Əli Kərimlini xəbərdar eləmişdim ki, müxalifətdə olan və müttəfiqlik etdiyimiz bəzi şəxslərin niyyətləri, missiyaları başqadır. Yəni, seçkilərdən sonra baş verənlər də bizim üçün gözlənilməz deyildi.
- Bəs, bundan sonra Milli Şuranın buraxılması, yeni formatda birliyin yaranmasına ehtiyac varmı, yoxsa hələlik bu formatı qoruyub saxlayacaqsınız?
- Milli Şura öz yerində qalacaq, fəaliyyətini davam etdirəcək. Kim ki, öz rolunu oynayıb, bölücülük missi-yasını yerinə yetirib, onlar gedəcəklər. Səmimi olaraq, demokratik Azərbaycan uğrunda mübarizə apar-maq istəyən qüvvələrlə bir yerdə olacağıq.
Zaur ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi