Meriya icra başçısı ilə nümayəndəsini məhkəməyə verdi - qalmaqal

img

20-10-2013 [16:07]


Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovu sözügedən İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəsi Mikayıl Qədimovu məhkəməyə verib. Buna səbəb həmin rəsmilərin qəsəbədə yerləşən bağ sahəsi üzrə Mirzəli Məsud oğlu Axundovun adına sərəncam verməsi ilə bərabər, tikinti aparmasına şərait yaratmalarıdır.

 Bu barədə mia.az-a məhkəmə sistemindən daxil olan məlumata görə, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi adıçəkilən şəxsin adına verilmiş sərəncamın ləğvi bağ sahəsinin boşaldılması tələbi ilə məhkəməyə üz tutub: «Lakin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin icra başçısına, icra nümayəndəsinə fiziki şəxsə qarşı qaldırdığı iddia Xəzər rayon Məhkəməsi tərəfindən əsassız sayılaraq, təmin edilməyib. Birlik rəhbərliyi isə rayon məhkəməsinin bu qətnaməsindən apellyasiya şikayəti verib».

 Məlumata görə, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin şikayəti artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: «Şikayət sözügedən məhkəmədə hakim Fuad Talışinskinin sədrliyi ilə araşdırılır. Hakim üzrə oktyabrın 25- iclas saatı da təyin edib».

 Sərəncamın yaratdığı məhkəmə çəkişməsi ilə bağlı tərəflərdən münasibət öyrənmək mümkün olmayıb. Tərəfləri dinləməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA