“O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər" - Deputat
02-07-2020 [12:19]
“Vətəndaşların çarəsiz durumuna, bu istidə evə məcburiyyət qarşısında qapanmalarına, xəstəliyin də bir yandan canlar almasına, həkimlərin fədakarlıq və əziyyətlərinə, hökumətin vəziyyətdən çıxmaq üçün yollar axtarmasına, insanların sosial vəziyyətinin ağırlaşmasına çox üzülürəm”.
Mia.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.
“İndi bu işlərin sonu nə olacaq axı?” deyən deputat bildirib ki, vətəndaşlar işləməli, yeməli, kreditini ödəməli, xəstəsinə dərman almalıdırlar: “O qədər vətəndaş var ki, kredit üzündən təzyiq və təhdidlə qarşılaşdıqlarını deyirlər. Çox çətinliklər var. Dövlətin bütün gücünü, resursunu vətəndaşların sağlamlığına, sosial güzəranının yaxşılaşmasına sərf etmək üçün yeni mənbələr lazımdır. Əlavə ehtiyatlarımız nə varsa, gərək cəlb edək.
Həkimlərimiz belə həyatlarını itirirlər, yoluxurlar, ailələrindən təcrid olunmuş yaşayırlar. Çox həkimlə ünsiyyətim olur. Onlar deyir ki, onlara vəd edilən pulların verilməsində, artımında, ölənlərin sığortasında ciddi axsamalar var. Həyatlarını riskə atan həkimlərə sosial yanaşma olmalıdır”.
Razi Nurullayev vurğulayıb ki, gərək həkimlərin aldıqları əmək haqqı və sosial güzəştləri, mükafatları etdikləri risqə adekvat olsun:
“Amma onların ciddi narazılığı var, həkimlərin vəkil etdikləri nümayəndələri qəbul edib dinləmək lazımdır. Mən həkimlərlə belə bir canlı onlayn konfrans keçirmək niyyətindəyəm ki, cəmiyyət onları dinləsin və aidiyyatı orqanlar da gərəkən addımları atsınlar.
Allah xalqımızı qorusun!”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi